AZƏRBAYCAN » HADİSƏLƏR
11 Sentyabr 2021, 15:05 (GMT +4)

DİN: Ötən gün yol qəzalarında 3 piyada 1 sürücü ölüb

Bakı, 11 sentyabr, SalamNews. Daxili İşlər Nazirliyi (DİN) ötən gün respublikanın avtomobil yollarında baş verən qəzalarla bağlı məlumat yayıb.

Nazirlikdən SalamNews-a verilən məlumata görə, dünən respublikanın avtomobil yollarında baş verən 4 ağır yol qəzası qeydə alınıb, nəticədə 4 nəfər ölüb.

 

Həlak olanlardan üçü piyada, biri sürücü olub.