DÜNYA » SİYASƏT
11 Sentyabr 2021, 13:55 (GMT +4)

ABŞ Səudiyyə Ərəbistanındakı havadan müdafiə sistemlərinin bir hissəsini bu ölkədən çıxarıb (FOTO)

Bakı, 11 sentyabr, SalamNews, B.Samid. Husilərin hücumlarının davam etməsinə baxmayaraq, ABŞ Səudiyyə Ərəbistanındakı Patriot və THAAD havadan müdafiə sistemlərinin bəzisini bu ölkədən çxıarıb.

SalamNews bu barədə Associated Press-ə istinadla xəbər verir.

Agentlik kosmik peyklərin Səudiyyə Ərəbistanın bazalarından çəkdiyi fotoları yayımlayıb və bildirib ki, ABŞ bu ölkənin "Şahzadə Sultan" hərbi hava qərargahında yerləşdirdiyi Patriot və THAAD havadan müdafiə sistemlərinin hamısı buradan çıxarıb.

Qeyd edək ki, iyul ayında ABŞ-ın müdafiə naziri Lloyd Austin Səudiyyə Ərəbistanın vəliəhdi Məhəmməd bin Salmanla telefonla danışarkən, ABŞ-ın bu ölkədəki hərbi qüvvələri və silah-sursatlarının çoxunu çıxaracağını bildirmişdi.