AZƏRBAYCAN » HADİSƏLƏR
11 Sentyabr 2021, 13:52 (GMT +4)

Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Bakı, 11 sentyabr, SalamNews. Bakıda yol-nəqliyyat hadisəsi olub.

Bu barədə SalamNews-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 10-u saat 9 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini A.Kamallı idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən paytaxt sakini Hafiz Məmmədovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.