DÜNYA » CƏMİYYƏT
08 Sentyabr 2021, 17:23 (GMT +4)

KİV: ABŞ Çində koronavirusla bağl araşdırmaları maliyyələşdirib

Bakı, 8 sentyabr, SalamNews. ABŞ, yarasalarda koronavirusun yaranmasını araşdırmaq üçün 3 milyon dollardan çox qrant ayırıb, pulun bir hissəsi Çinin Uxan şəhərindəki Virusologiya İnstitutuna verilib.

SalamNews -un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə "Intercept" müvafiq sənədlərə istinadən məlumat yayıb.

Məlumata görə, araşdırma virusun insanlara heyvanlar vasitəsilə keçməsinə imkan yaradan amilləri öyrənmək məqsədi daşıyır.

Bundan əvvəl Çin mətbuatı, koronavirusun xaricdən dondurulmuş qidalarla Uxana gətirilmə ehtimalından yazmışdı.