RUSİYA » SİYASƏT
08 Sentyabr 2021, 16:27 (GMT +4)

Kreml: Rusiya Federasiyası ilə Əfqanıstanın yeni hökuməti arasında danışıqlar hələ planlaşdırılmayıb

Bakı, 8 sentyabr, SalamNews. Rusiya Federasiyası yeni hökumətin tərkibinin açıqlanmasından sonra Əfqanıstanda baş verənləri yaxından izləməyə davam edəcək.

SalamNews -un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

"Vəziyyətin necə inkişaf edəcəyini yaxından izləyəcəyik", o bildirib.

Peskov Rusiyanın mövqeyinə hansı şərtlərin təsir edəcəyi ilə bağlı heç bir açıqlama verməyib.

Rusiya prezidentinin mətbuat katibi qeyd edib ki, Rusiya ilə Əfqanıstanın yeni hökuməti arasında danışıqlar hələ planlaşdırılmır.