DÜNYA » SİYASƏT
06 Sentyabr 2021, 14:18 (GMT +4)

KİV: Əfqanıstanın vitse-prezidenti Əmrullah Saleh Tacikistana gedib

Bakı, 6 sentyabr, SalamNews. Əfqanıstanın vitse-prezidenti Əmrullah Saleh Pəncşirdən Tacikistana gedib.

SalamNew "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı əvvəlki administrasiyadakı mənbəyə istinadən məlumat yayıb.

Avqustun əvvəlində Taliban Əfqanıstanda hökumət qüvvələrinə qarşı hücumlarını gücləndirdi. Taliban 15 avqustda paytaxta girərək prezident sarayını nəzarətə götürdü və 16 avqustda Əfqanıstanda müharibənin bitdiyini və əyalətdəki idarəetmə formasının yaxın gələcəkdə aydınlaşacağını açıqladı.

ABŞ ordusu avqustun 31-də Əfqanıstanı tərk etdi.