DÜNYA » SİYASƏT
03 Sentyabr 2021, 12:23 (GMT +4)

"Akıncı" PUA-sı prezident Ərdoğanın gələcək nəsillərə ismarıcı ilə uçacaq

Bakı, 3 sentyabr, SalamNews. Türkiyənin "Baykar" şirkəti tərəfindən tamamilə yerli resurslar hesabına hazırlanan "Bayraktar AKINCI TİHA" hücum pilotsuz təyyarəsi, Prezident Rəcəb Tayyib Ərdoğanın gələcək nəsillər üçün yazdığı mesajı ehtiva edən proqram təminatı ilə işləyəcək.

SalamNews bu barədə "Anadolu"ya istinadən xəbər verir.

Türkiyə Prezidentinin İctimaiyyətlə Əlaqələr Xidmətinin hesabatına görə, 6 dekabr 2019-cu il tarixində "Bayraktar Akıncı TİHA" uçuş testindən əvvəl Prezident Ərdoğanın xüsusi mesajı dronun kompüter idarəetmə sisteminin proqramına əlavə edilib.