AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA
02 Sentyabr 2021, 16:40 (GMT +4)

Təhsil Nazirliyi: Yeni tədris ilinin başlanması ilə bağlı vəziyyət təhlil olunur

Bakı, 2 sentyabr, SalamNews. “Yeni tədris ilinin başlanması ilə bağlı vəziyyət təhlil olunur, bu sahədə aparıcı beynəlxalq qurumların tövsiyələri araşdırılır və buna uyğun olaraq fəaliyyət istiqamətləri müəyyən ediləcək”.

SalamNews xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat verib.

“Tədrisin bütün pillələri üzrə hansı tarixdə və formada təşkili ilə bağlı qəbul ediləcək qərarlara dair çox yaxın günlərdə ətraflı məlumat veriləcək”,-deyə o bildirib.