DÜNYA » SİYASƏT
31 Avqust 2021, 13:49 (GMT +4)

Husilər Səudiyyənin hava limanına PUA-larla hücum edib, bir təyyarəyə ziyan dəyib

Bakı, 31 avqust, SalamNews, B.Samid. Husilər Səudiyyə Ərəbistanın Əbha hava limanını PUA-larla hədəfə alıblar.

SalamNews xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanın Hərbi koalisiyası rəsmi tvitter səhifəsi vasitəsilə bəyanat verib.

Bildirilib ki, Yəməndən gələn kamikadze PUA-ları Əbha hava limanını hədəfə alıb.

Bu hücumda bir mülki təyyarənin ziyan gördüyü və səkkiz nəfərin yaralandığı bildirilib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı koalisiyası 2015-ci ilin martından Yəməndə legitimliyi dəstəkləmək adı ilə bu ölkədə hərbi müdaxiləyə başlayıb.

Husilər ötən gün Səudiyyə Ərəbistanın cənubuna bir ballistik raket atmışdılar. Səudiyyə koalisiyası bu raketin havadan müdafiə sistemləri tərəfindən vurulduğunu bildirib.