DÜNYA » SİYASƏT
30 Avqust 2021, 15:29 (GMT +4)

İraqda azı 50 minalanmış maşının partladılmasında iştirak edən terrorçu ələ keçib

Bakı, 30 avqust, SalamNews, B.Samid. İraqın Səlahəddin əyalətində onlarla minalanmış maşının partladılmasında əli olan terrorçu ələ keçib.

SalamNews Sumariya agentliyinə istinadla xəbər verir ki, bu barədə İraqın Müdafiə Nazirliyi mənbələri məlumat veriblər.

Bildirilib ki, əldə edilən kəşfiyyat məlumatlarının incələnməsindən və aparılan əməliyyat axtarışları nəticəsində Səlahəddin əyalətində, xüsusilə də Beyci neftayırma zavodu ərazisində onlarla maşının minalanması və partladılmasında rolu olan terrorçu ələ keçib.

Onun iştirakı ilə 2014-cü ildən bu yana qeyd edilən əyalətdə 50-dən çox maşının minalanması və partladılması həyata keçirilib.

Əlavə edilib ki, bu şəxs İŞİD-in Səlahəddin əyaləti üzrə “müfti”sinin yanında terror fəaliyyəti göstərib.