DÜNYA » SİYASƏT
30 Avqust 2021, 16:20 (GMT +4)

Makron: ABŞ İraqdan çıxsa belə Fransa İraqdakı kontingentini saxlayacaq

Bakı, 30 avqust, SalamNews. ABŞ İraqdan tamamilə çıxsa belə Fransa bu ölkədəki hərbi kontingentini qoruyacaq. SalamNews -un TASS-a istinadən verdiyi xəbərə görə, bunu Fransa prezidenti Emmanuel Makron bəyan edib.

"Terrorçular olduğu müddətcə, iraqlılar bunu bizdən istəyənə qədər orada qalacağıq. Biz orda olmağımız Amerika qoşunlarının varlığından asılı deyil. ABŞ tamamilə geri çəkilməyə qərar verərsə, bu qərardan asılı olmayacağıq və iraqlıların tərəfində qalacağıq", Fransa lideri "TF1" telekanalına verdiyi müsahibədə deyib.