DÜNYA » SİYASƏT
30 Avqust 2021, 11:52 (GMT +4)

Husilər azı üç PUA ilə Səudiyyə Ərəbistanın hərbi obyektlərinə hücum edib

Bakı, 30 avqust, SalamNews, B.Samid. Mərkəzi qərargahları paytaxt Sənada yerləşən “Yəmən Silahlı Qüvvələri” PUA-larla Səudiyyə Ərəbistanın hərbi və strateji mövqelərinə hücum ediblər.

SalamNews bu barədə Yəmən mətbuatına istinadla xəbər verir.

Bildirilib ki, mərkəzi qərargahları paytaxt Sənada yerləşən “Yəmən Silahlı Qüvvələri” PUA-larla Səudiyyə Ərəbistanın hərbi və həssas mövqelərinə hücum ediblər.

Bu arada Səudiyyə Ərəbistanın hərbi koalisiyası ölkənin Xams-Mşit bölgəsində husilərin PUA-larının havadan müdafiə sistemlərilə vurulduğunu elan ediblər.

Qeyd edək ki, Səudiyyə Ərəbistanın rəhbərlik etdiyi hərbi koalisiya 2015-ci ilin martından Yəməndə legitimliyi dəstəkləmək adı ilə bu ölkədə hərbi müdaxiləyə başlayıb.