AZƏRBAYCAN » HADİSƏLƏR
30 Avqust 2021, 09:15 (GMT +4)

Şirvanda çörək sexində partlayış, ölən var

Bakı, 30 avqust, SalamNews. Şirvanda güclü partlayış baş verib.

SalamNews-un məlumatına görə, hadisə şəhərin Tofiq İsmayılov küçəsində yerləşən çörəkbişirmə sexində qeydə alınıb.

Partlayış zamanı sexdə gecə növbəsində işləyən şəhər sakini, 1977-ci il təvəllüdlü Əliyev Zaur Kamil oğlu həyatını itirib.

Partlayışın hansı səbəbdən baş verdiyi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Qeyd edək ki hadisə zamanı sexin qarşısında olan bir avtomobilə də ciddi ziyan dəyib.