DÜNYA » HADİSƏLƏR
28 Avqust 2021, 13:00 (GMT +4)

Peruda avtobus qəzası nəticəsində 15 nəfər ölüb

Bakı,  28 avqust, SalamNews. Perunun cənubunda avtobusun uçurumdan düşməsi nəticəsində azı 15 nəfər ölüb, 3 nəfər yaralanıb.

SalamNews xəbər verir ki, bu barədə "Andina" dövlət xəbər agentliyi yerli polisə istinadən məlumat yayıb.

Məlumata görə, faciə Kusko və Apurimak departamentlərinin sərhədində baş verib. Avtobus Avstraliyanın "MMG" mədən şirkətinin işçilərini daşıyırmış. 

Hüquq -mühafizə orqanları əməkdaşları hadisə yerinə gediblər.