DÜNYA » SİYASƏT
27 Avqust 2021, 14:34 (GMT +4)

Britaniya Kabil hava limanında təxliyə işlərini yekunlaşdırdığını bildirib

Bakı, 27 avqust, SalamNews, B.Samid. İspaniyadan sonra Britaniya da bu gün Kabil hava limanında təxliyə işlərini yekunlaşdırdığını bildirib.

SalamNews BBC-ə istinadla xəbər verir ki, bu barədə Britaniyanın müdafiə naziri Ben Uolles açıqlama verib.

Bildirilib ki, mülki şəxslərin Kabil hava limanından Britaniyaya təxliyəsi işləri sona çatıb.

O həmçinin bildirib ki, Britaniyaya getmək istəyən bir qism mülki şəxsin təxliyəsi həyata keçirilməyib.

Məlumata görə Britaniya hökuməti Kabil partlayışından sonra təzyiqlərə məruz qalaraq, təxliyə əməliyyatını yarımçıq saxlayıb.

Qeyd edək ki, Britaniya hökuməti 20 min Əfqanıstan vətəndaşına sığınacaq verəcəyini bildirmişdi. Britaniya Müdafiə Nazirliyi indiyə qədər təxliyə edilənlərin sayını açıqlamayıb.