DÜNYA » SİYASƏT
27 Avqust 2021, 10:10 (GMT +4)

İsrail baş naziri Co Baydendən İraq və Suriyadakı qüvvələrin çıxarılmamasını istəyir

Bakı, 27 avqust, SalamNews, B.Samid. İsrail baş naziri Naftalı Bennett ABŞ prezidenti Co Baydendən İraq və Suriyadakı qüvvələrin çıxarılmamasını istəyir.

SalamNews İsrailin “İ24” telekanalına istinadla xəbər verir ki, baş nazir Naftalı Bennet Co Baydenlə görüşdə İraq və Suriyadakı ABŞ qüvvələri ilə bağlı tələb irəli sürəcək.

Məlumata görə İsrail baş naziri bu qüvvələrin İraq və Suriyadan çıxarılmamasını Co Baydendən istəyəcək.

İsrail baş naziri bu qənaətdədir ki, ABŞ qüvvələri çıxandan sonra İranın bölgədə nüfuzu daha da artacaq.

Qeyd edək ki, Naftalı Bennetlə Co Baydenin ötən gün üçün Vaşinqtonda nəzərdə tutulan görüşü, Kabildəki partlayışa görə təxirə düşüb. Xatırladaq ki, bu hücumda 13 ABŞ hərbçisi ölüb.