DÜNYA » SİYASƏT
25 Avqust 2021, 09:49 (GMT +4)

Əlcəzair Mərakeşlə diplomatik əlaqələri kəsir

Bakı,  25 avqust, SalamNews. Əlcəzair Mərakeşlə diplomatik əlaqələri kəsmək qərarına gəlib.

SalamNews "Reuters"ə istinadən xəbər verir ki, bunu Əlcəzairin xarici işlər naziri Ramtan Lamamra çərşənbə axşamı keçirdiyi mətbuat konfransında açıqlayıb.

Nazir Mərakeşi ölkəsinə qarşı "düşmənçilik hərəkətlərində" ittiham edib.

Qeyd edək ki, Əlcəzair və Mərakeş arasındakı əlaqələr, iki qonşu ölkənin əks mövqe tutduğu Şimali Afrikadakı Qərbi Saxara problemi ilə bağlı mürəkkəbləşib.