DÜNYA » DİN
21 Avqust 2021, 14:11 (GMT +4)

Səkkiz ay fasilədən sonra ümrə zəvvarları Səudiyyə Ərəbistanına yollanıblar

Bakı, 21 avqust, SalamNews, B.Samid. Səudiyyə Ərəbistanı xaricdən gələn ümrə zəvvarlarını qarşılayır.

SalamNews xəbər verir ki, Səudiyyə Ərəbistanın Həcc Nazirliyi avqustun doqquzundan ümrə ziyarətinə qeydiyyatın başladığını bildirmişdi. Artıq bu gündən zəvvarlar Ciddə limanına daxil olmağa başlayıblar.

Səudiyyə Ərəbistanı yeni proqrama əsasən aya iki milyon ümrə zəvvarının ölkəyə girişinə icazə verilə bilər.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı səkkiz ay öncə koronavirusa qarşı tədbirlər fonunda ümrə ziyarətlərini dayandırmışdı.

Səudiyyə Ərəbistanı eyni zamanda 33 dövlətin vətəndaşlarını ümrəyə qəbul etməyəcəyini bildirib və bunu, sözügedən ölkələrdə koronavirusa qarşı vaksinasiya işlərinin ləngiməsilə əlaqələndirib.