AZƏRBAYCAN » MEDİA
18 Avqust 2021, 13:10 (GMT +4)

Prezident Aslan Aslanovu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib

Bakı, 18 avqust, SalamNews. Azərbaycan Respublikasında mətbuat sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Aslan Əhməd oğlu Aslanov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

SalamNews xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, bu gün Azərbaycanın tanınmış jurnalisti, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri Aslan Aslanovun doğum günüdür. Onun 70 yaşı tamam olur.