![]() |
AZƏRBAYCAN » HADİSƏLƏR |
![]() Naftalanda sanatoriyada yanğın olub Bakı, 17 avqust, SalamNews. Naftalan şəhərində ümumi sahəsi 532 m² olan ikimərtəbəli sanatoriya binasının zirzəmisində 5 ədəd paltaryuyan maşın qismən və zirzəminin lambirindən ibarət tavanı 55 m² sahədə yanıb. Bu barədə SalamNews-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. |