AZƏRBAYCAN » SİYASƏT
17 Avqust 2021, 11:20 (GMT +4)

Baş Prokurorluq: Bu il 87 iş üzrə ittiham aktı təsdiq edilməyərək geri qaytarılıb

Bakı, 17 avqust, SalamNews. 2021-ci ilin yanvar-iyul ayları ərzində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorlar tərəfindən 87 iş üzrə ittiham aktı təsdiq edilməyərək istintaqın davam etdirilməsi üçün geri qaytarılıb.

Bu barədə SalamNews-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Prokurorluq orqanları fəaliyyətindəki yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsini tövsiyə edir.