DÜNYA » SİYASƏT
14 Avqust 2021, 16:44 (GMT +4)

Angela Merkelin Moskva səfərinin vaxtı açıqlanıb

Bakı, 14 avqust, SalamNews, B.Samid. Almaniya kansleri Angela Merkel gələn həftə Rusiyanın paytaxtı Moskvaya səfər edəcək.  

SalamNews xəbər verir ki, Almaniya Hökumətinin mətbuat katibi Şteffen Zaybert 20 avqust cümə günü kanslerin Moskvaya səfər edəcəyini deyib.

“Proqramın detallarını gələn həftənin əvvəlində açıqlayacağıq", deyə o bildirib.

Zaybert "Onun Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyi çox aydındır", söyləyib.  

Bundan əvvəlki açıqlamaya görə, Merkel 22 avqustda da Ukraynanın paytaxtı Kiyevə səfər edəcək.