DÜNYA » HADİSƏLƏR
11 Avqust 2021, 15:52 (GMT +4)

Əlcəzairdə meşə yanğınlarında ölənlərin sayı 65-ə çatıb

Bakı, 11 avqust, SalamNews, B.Samid. Əlcəzairdə meşə yanğınlarında ölənlərin sayı 65-ə çatıb. Ölkədə üç gün matəm elan edilib.

SalamNews Əlcəzirəyə istinadla xəbər verir ki, Əlcəzairin Tizi-Ouzou əyalətində baş verən yanğınlar digər əyalətlərə də sirayət edib.

Ümumilikdə ölənlərin sayı 65-ə çatıb.

Onların 28-i hərbçidir.

Əlcəzairin prezidenti Əbdülməcid Tabun rəsmi tvitter səhifəsi vasitəsilə ölkə xalqına başsağlığı verib və üç gün matəm elan edib.

Əbdülməcid Tabun qonşu ölkələrdən yanğınların tez bir zamanda söndürülməsi üçün lazımi texnikaların cəlb ediləcəyini bildirib.