DÜNYA » SİYASƏT
10 Avqust 2021, 13:25 (GMT +4)

İraq rəsmiləri İran və Səudiyyə dövlət başçılarını bir araya gətirməyə çalışırlar

Bakı, 10 avqust, SalamNews, B.Samid. Cari ayın sonunda Bağdadda keçiriləcək zirvə toplantısında İran və Səudiyyə dövlət başçıları arasında görüş baş tuta bilər.

SalamNews Sumariya agentliyinə istinadla xəbər verir ki, bu barədə İraqın diplomatik mənbələri məlumat veriblər.

Bildirilib ki, cari ayın sonlarında Bağdadda 10 dövlətin başçılarının, o cümlədən Səudiyyə və İran dövlət başçılarının iştirak etməsi gözlənilir.

İraq artıq Səudiyyə Ərəbistanı kralını bu toplantıya dəvət edib.

İraqın xarici işlər naziri Fuad Hüseyn də bu gün Tehrana yollanıb.

Məlumata görə İraq rəsmiləri iki dövlət başçısının Bağdada gəlməsi və onların arasında görüşün baş tutmasında israrlıdırlar.

Qeyd edək ki, İran və Səudiyyə Ərəbistanın diplomatik əlaqələri 2015-ci ildən dayanıb.