AZƏRBAYCAN » SİYASƏT
10 Avqust 2021, 10:30 (GMT +4)

Baş Prokurorluq: "Bu il 41 milyon manatdan çox ziyanın ödənilməsi təmin edilib"

Bakı, 10 avqust, SalamNews. Bu ilin I yarımili ərzində prokurorluq orqanlarında istintaq edilərək tamamlanan cinayət işləri üzrə 41 milyon 72 min 985 manat məbləğində ziyanın ödənilməsi təmin edilib.

Bu barədə SalamNews-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

"Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gununreqemi həştəqi ilə məlumatlar yerləşdirilir. Bu günün rəqəmi isə 41072985-dir.
Belə ki, 2021-ci ilin I yarımili ərzində prokurorluq orqanlarında istintaq edilərək tamamlanan cinayət işləri üzrə 41 milyon 72 min 985 manat məbləğində ziyanın ödənilməsi təmin edilib", - Baş Prokurorluqdan bildirilib.