![]() |
AZƏRBAYCAN » HADİSƏLƏR |
![]() Füzulidə avtomobil ağaca çırpılıb, sürücü ölüb Bakı, 6 avqust, SalamNews. Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SalamNews-a verilən xəbərə görə, rayonun Aşağı Mollaməhərrəmli kəndi ərazisində kənd sakini Malik Tahirov idarə etdiyi “Tavriya” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Qəza nəticəsində sürücü hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır. |