DÜNYA » HADİSƏLƏR
04 Avqust 2021, 13:56 (GMT +4)

İran Şiraz yanğınlarının söndürülməsi üçün beş helikopter cəlb edib

Bakı, 4 avqust, SalamNews, B.Samid. İranın Şiraz əyalətinin Firuzabad bölgəsində baş verən yanğınların söndürülməsi üçün beş helikopter cəlb edilib.

SalamNews İSNA-a istinadla xəbər verir ki, bu barədə İranın Müdafiə Nazirliyinin tabeliyində olan Yanğınsöndümə Mərkəzinin sədri Nuri Ali-Ağa məlumat verib.

Bildirilib ki, Şiraz əyalətinin Firuzabad bölgəsində baş verən yanğınların söndürülməsi üçün beş helikopter cəlb edilib. Yanğınların söndürülməsi əməliyyatının hələ də davam etdiyi bildirilib.

Qeyd edək ki, bu yanğınlarda indiyədək yerli sakinlərdən üç nəfər həyatını itirib.

Onlar aidiyyatı qurumların işçilərinə dəstək verən zaman ehtiyatsızlıqdan həyatlarını itiriblər.