DÜNYA » İDMAN
03 Avqust 2021, 15:00 (GMT +4)

Türkiyə Tokio-2020-də növbəti medalını qazanıb

Bakı, 3 avqust, SalamNews, R.Nadirli. Tokio-2020 Yay Olimpiya Oyunlarında gimnastika yarışları davam edir.

SalamNews xəbər verir ki, bu gün Türkiyəni təmsil edən Ferhat Arıcan paralel qollar üzrə yarışlarda mübarizə aparıb. O, 15.633 xal toplayaraq bürünc medal qazanıb.

Bu, Türkiyənin tarixində idman gimnastikasında qazandığı ilk medaldır.

Qeyd edək ki, Türkiyə Tokio-2020-dəki medallarının sayını 6-ya (1 qızıl, 5 bürünc) çatdırıb.