AZƏRBAYCAN » İQTİSADİYYAT
03 Avqust 2021, 14:39 (GMT +4)

Cari ilin yanvar-iyul aylarında DGK büdcə öhdəliyinə 113% əməl edib

Bakı, 3 avqust, SalamNews. İlkin məlumata görə, Dövlət Gömrük Komitəsi (DGK) cari ilin yanvar-iyul ayları üzrə nəzərdə tutulan büdcə öhdəliyinə 113,44% əməl edib.

SalamNews-un məlumatına görə, bu barədə DGK sədri Səfər Mehdiyev bildirib.

Onun sözlərinə görə, nəzərdə tutulan proqnozdan əlavə 287,14 mln. manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub.