AZƏRBAYCAN » CƏMİYYƏT
03 Avqust 2021, 14:16 (GMT +4)

Azərbaycanda havanın temperaturu 43 dərəcəyə yüksələcək

Bakı, 3 avqust, SalamNews. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində gözlənilən hava şəraiti haqqında məlumat yayıb.

SalamNews-un xəbərinə görə, məlumatda bildirilir ki, avqustun 4-8-də hava şəraitinin isti keçəcəyi, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35-39, bəzi yerlərdə 40-41, respublikanın rayonlarında 35-40, Naxçıvan MR-nın və aran rayonlarının bəzi yerlərində 42-43 dərəcəyədək yüksələcəyi gözlənilir.