DÜNYA » HADİSƏLƏR
03 Avqust 2021, 17:52 (GMT +4)

Bolqarıstanın cənub-qərbində yanğınlar davam edir, xəsarət alanlar var

Bakı, 3 avqust, SalamNews. Bolqarıstanın cənub-qərbində, Kyustendil şəhəri yaxınlığında isti hava şəraiti genişmiqyaslı yanğınlara səbəb olub. Bu barədə "NOVA" telekanalı məlumat yayıb.

SalamNews TASS-a istinadən xəbər verir ki, Dolno-Selo kəndində iki qadın yaralanıb, azı 15 ev və bir məktəb yanıb, vəziyyət kritik olaraq dəyələndirilir. 

"Çox güclü külək başlayıb, bu da naqillərdə qısa qapanmaya və yanğının daha sürətlə yayılmasına səbəb olub. İki qadın zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib, sakinlər təxliyə edilib.

Bölgədə qalan insanlar yanğınsöndürənlərə kömək edir", qəsəbənin başçısı Lozan Taskov telekanala açıqlayıb.