DÜNYA » İQTİSADİYYAT
03 Avqust 2021, 14:24 (GMT +4)

Google payızda Pixel 6 və Pixel 6 Pro smartfonlarını təqdim edəcək

Bakı, 3 avqust, SalamNews. "Google" şirkəti payızda özü istehsal etdiyi prosessorlar əsasında yeni "Pixel 6" və "Pixel 6 Pro" smartfonlarını təqdim edəcək.

SalamNews -un TASS -a istinadən verdiyi xəbərə görə, bu barədə şirkətin bloqunda yerləşdirilən məlumatda deyilir.

"Tensor -Pixel telefonları üçün xüsusi olaraq hazırladığımız ilk çipdir və onun əsasında "Pixel 6" və "Pixel 6 Pro" işləyəcək", açıqlamada deyilir. 

Korporasiyanın vitse-prezidenti Rik Osterloxun sözlərinə görə, yeni çip "istifadəçilərə süni intellekt və maşın təlimi sahəsindəki yeniliklərə giriş imkanı təmin edəcək".

"Google" istehlakçılara yeni smartfonlardakı təkmilləşdirilmiş kamera və nitqi tanıma texnologiyasına diqqət etməyi təklif edir.