DÜNYA » SİYASƏT
03 Avqust 2021, 10:53 (GMT +4)

İranın yeni prezidenti İbrahim Rəisi bu gündən rəsmən öz vəzifəsinin icrasına başlayır

Bakı, 3 avqust, SalamNews, B.Samid. Bu gün Tehranda İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xameneinin, sabiq prezident Həsən Ruhaninin və sair ölkə rəsmilərinin iştirakı ilə yeni prezident İbrahim Rəisinin inauqurasiya mərasimi keçirilib.

SalamNews xəbər verir ki, bu gün Tehranda inauqurasiya mərasimi keçirilib və Ayətullah Xamenei bu mərasim çərçivəsində İbrahim Rəisinin rəsmən vəzifəsinin icrasına başladığını elan edib.

Mərasim çərçivəsində çıxış edən İbrahim Rəisi gələcək hakimiyyəti dövründə prioritetlərini açıqlayıb.

O çıxışının bir hissəsində bildirib ki, sanksiyaların aradan qaldırılması məsələsi ilə məşğul olacaq, lakin bununla yanaşı xalqın güzəranı və rifahını əcnəbilərdən asılı etməyəcək.

Qeyd edək ki, İbrahim Rəisinin andiçmə mərasimi iki gün sonra keçiriləcək.