DÜNYA » SİYASƏT
03 Avqust 2021, 09:50 (GMT +4)

Mərakeşdə koronavirusla bağlı məhdudiyyətlər sərtləşdirilib

Bakı, 3 avqust, SalamNews. Mərakeş hökuməti, koronavirusa yoluxmaların və COVID-19-dan ölənlərin sayının əhəmiyyətli dərəcədə artması səbəbindən bir sıra məhdudlaşdırıcı tədbirlər qəbul edib. Müvafiq tədbirlər bugündən etibarən qüvvəyə minəcək.

SalamNews TASS -a istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin məlumatında bildirilir.

Səlahiyyətlilərin qərarına əsasən, komendant saatının müddəti artırılıb, çərşənbə axşamı günündən etibarən küçəyə çıxmaq qadağası 21:00-dan 5:00-dək davam edəcək. İndiyə qədər komendant saatı 23:00-dan 4:30-dək davam edirdi.

Sənədə əsasən, kafelər, restoranlar, saunalar, idman zalları və qapalı hovuzlar saat 21:00-da bağlanmalıdır. Açıq havada və qapalı məkanda keçirilən görüşlərdə və tədbirlərdə maksimum 25 nəfər iştirak edə biləcək. Bu rəqəm həddi keçilərsə yerli hakimiyyət orqanlarından icazə alınmalıdır.