AZƏRBAYCAN » İQTİSADİYYAT
03 Avqust 2021, 09:50 (GMT +4)

İyulda 1400-dən çox şəxsə elektron qaydada pensiya təyin olunub

Bakı, 3 avqust, SalamNews. 2021-ci ilin iyul ayında 1432 nəfərə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub.

SalamNews xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.

Qeyd edək ki, son üç ildə sosial ödənişlər 2,4 milyard manat və ya 60% artaraq 6,4 milyard manata çatıb, DSMF-yə büdcədən transfert 40%-dən 25%-ə enib.