AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA
03 Avqust 2021, 09:40 (GMT +4)

Bu gün müəllim olmaq istəyən 3000-dən çox namizəd üçün təkrar imtahan keçirilir

Bakı, 3 avqust, SalamNews. Bu gün Azərbaycan dili və ədəbiyyat müəllimliyi üzrə təkrar imtahan keçirilir.

SalamNews-un məlumatına görə, bugünkü təkrar imtahanlarda 3 055 namizədin iştirakı gözlənilir.

Qeyd edək ki, ibtidai sinif və Azərbaycan dili və ədəbiyyat fənni üzrə təkrar imtahanlar üçün qeydiyyat 28-30 iyul tarixlərində həyata keçirilib və imtahanlarda yenidən iştirak üçün 4 091 nəfər müraciət edib.