DÜNYA » SİYASƏT
03 Avqust 2021, 09:26 (GMT +4)

İran Britaniya və Rumuniya səfirlərini Tehranda XİN-ə çağırıb

Bakı, 3 avqust, SalamNews, B.Samid. İran Britaniya səfirəvəzini və Rumuniyanın Tehrandakı səfirini Xarici İşlər Nazriliyinə çağırıb.

SalamNews İRNA-a istinadla xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Britaniya səfirəvəzi və Rumuniyanın Tehrandakı səfiri Xarici İşlər Nazriliyinə çağırılıb və ölkənin etirazı qarşı tərəfə bildirilib.

Qeyd edək ki, ki, bundan öncə ABŞ, Britaniya və Rumuniya Oman dənizində İsrail gəmisinə hücumla bağlı İranı ittihamlandırmışdılar. ABŞ dövlət katibi İrana qarşı "birgə və münasib cavab"ın veriləcəyini bildirmişdi. İran isə bu ittihamları rədd etmiş, qarşı tərəfi əsassız ittihamlardan əl çəkməyə çağırmışdı.

Xatırladaq ki, ötən həftə Oman dənizində İsrail şirkətinə aid gəmiyə hücum nəticəsində biri britaniyalı və biri rumuniyalı olmaqla iki nəfər ölüb. Məlumata görə gəmi israilli iş adamı Eyal Oferin rəhbərlik etdiyi şirkətə məxsusdur.