DÜNYA » İDMAN
03 Avqust 2021, 01:55 (GMT +4)

Tokio-2020: Medal sıralamasında lider dəyişməyib

Bakı, 3 avqust, SalamNews, R.Nadirli. Tokio-2020-də 10-cu gün geridə qalmaq üzrədi.

SalamNews xəbər verir ki, artıq günün bütün medal dəstləri sahiblərini tapıb. Medal sıralamasının lideri dəyişməyib. Aktivində 29 qızıl, 17 gümüş və 16 bürünc medal olan Çin birincidi. ABŞ (22 qızıl, 25 gümüş, 17 bürünc) ikinci, Yaponiya (17 qızıl, 6 gümüş, 10 bürünc) isə üçüncü sırada qərarlaşıb.

Aktivində iki bürünc medal olan (İrina Kindzerska, Alfonso Dominqes) Azərbaycan medal sıralamasında Misirlə birlikdə 72-73-cü yerləri bölüşür.

1. Çin - 29 qızıl, 17 gümüş, 16 bürünc (62)
2. ABŞ - 22 qızıl, 25 gümüş, 17 bürünc (64)
3. Yaponiya - 17 qızıl, 6 gümüş, 10 bürünc (33)
4. Avstraliya - 14 qızıl, 4 gümüş, 15 bürünc (33)
5. ROK (Rusiya Olimpiya Komitəsi) - 12 qızıl, 21 gümüş, 17 bürünc (50)
6. Böyük Britaniya - 11 qızıl, 12 gümüş, 12 bürünc (35)
7. Fransa - 6 qızıl, 10 gümüş, 7 bürünc (23)
8. Almaniya - 6 qızıl, 6 gümüş, 11 bürünc (23)
9. Cənubi Koreya - 6 qızıl, 4 gümüş, 9 bürünc (19)
10. Niderland - 5 qızıl, 7 gümüş, 6 bürünc (18)
--- 72-73. Azərbaycan - 2 bürünc (2)