DÜNYA » İDMAN
03 Avqust 2021, 01:20 (GMT +4)

Tokio-2020: Futbolda Kanada - İsveç finalı olacaq

Bakı, 3 avqust, SalamNews, R.Nadirli. Tokio Yay Olimpiya Oyunlarında qadın futbolçuların mübarizəsi davam edir.

SalamNews xəbər verir ki, bu gün yarımfinal mərhələsinə yekun vurulub. Günün ilk oyununda ABŞ və Kanada üz-üzə gəlib. Matçın taleyini bir qol həll edib. Kanada Cessi Fleminqin 74-cü dəqiqədə vurduğu qol sayəsində qələbə qazanaraq finala çıxıb.

Kanadanın həlledici görüşdəki rəqibi İsveç olacaq. Peter Qerhardssonun yetirmələri Avstraliyaya 1:0 hesabı ilə qalib gəliblər. Fridolina Rolfo qələbə qolunun müəllifi olub.

Tokio-2020
Qadın futbolu, yarımfinal

ABŞ - Kanada - 0:1
Qol: Fleminq (74)

Avstraliya - İsveç - 0:1
Qol: Rolfo (46)

Kanada - İsveç finalı avqustun 6-da keçiriləcək. Bürünc medalçını müəyyənləşdirəcək Avstraliya - ABŞ oyunu isə avqustun 5-nə təyin edilib.