DÜNYA » İDMAN
03 Avqust 2021, 00:30 (GMT +4)

Tokio-2020: Kubalı güləşçi tarixə düşüb

Bakı, 3 avqust, SalamNews, R.Nadirli. Tokio-2020-də Yunan-Roma güləşində kubalı Nunes Lopes (130 kq) Olimpiya çempionu olub.

SalamNews xəbər verir ki, finalda gürcüstanlı Lakobi Kajayanı məğlub edən təcrübəli idmançı 4-cü dəfə olimpiadanın qızıl medalını qazanıb.

 Kubalı idmançı olimpiadada 4 dəfə çempion olan yeganə güləşçi kimi tarixə düşüb.