DÜNYA » SİYASƏT
02 Avqust 2021, 17:46 (GMT +4)

İranın yeni prezidentinin andiçmə mərasiminə 10 dövlət başçısı qatılacaq

Bakı, 2 avqust, SalamNews, B.Samid. İranın yeni seçilmiş prezidenti İbrahim Rəisinin andiçmə mərasiminə 73 dövlətin rəsmisi qatılacaq. Onlardan 10-u dövlət başçıları müstəvisində təmsil olunacaqlar.

SalamNews İran mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkə Parlamentinin Rəyasət Heyətinin sözçüsü Nizaməddin Musəvi açıqlama verib.

Bildirilib ki, prezident İbrahim Rəisinin andiçmə mərasiminə 73 dövlətin rəsmisi qatılacaq ki, onlardan 10-u dövlət başçıları müstəvisində təmsil olunacaqlar.

Əlavə edilib ki, bu mühüm mərasimdə 73 dövlətdən 115 rəsmi, 20 ölkənin parlament sədrləri, 11 xarici işlər nazirləri və sair iştirak edəcək.

Qeyd edək ki, avqustun beşində keçiriləcək andiçmə mərasimi zamanı Tehran və ətrafında olan hava limanlarının fəaliyyəti müvəqqəti dayandırılacaq.