DÜNYA » HADİSƏLƏR
02 Avqust 2021, 16:43 (GMT +4)

Çində sel qurbanlarının sayı 300-ü keçib

Bakı, 2 avqust, SalamNews. Çinin şərq-mərkəzindəki Henan əyalətində daşqın qurbanlarının sayı 302-ə yüksəlib.

SalamNews bu barədə "Anadolu"ya istinadən xəbər verir.

"Sinxua" xəbər agentliyinin əyalət səlahiyyətlilərinə istinadən verdiyi məlumata görə, Çençjou şəhərində təbii fəlakət nəticəsində 292 nəfər həyatını itirib.

İtkin düşmüş 50 nəfərin axtarışı davam edir.

İyulun 17-dən etibarən Henanda güclü yağışlar fasilələrlə davam edib.

İyulun 20-də leysan yağışları sellə nəticələnib.