DÜNYA » SİYASƏT
31 İyul 2021, 12:56 (GMT +4)

Ərdoğan Türkiyənin yanğından zərər görən bölgələrini fəlakət zonası elan edib

Bakı, 31 iyul, SalamNews. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ölkənin cənubundakı meşə yanğınlarında zərər görən bölgələr fəlakət bölgəsi elan edilib. 
SalamNews bu barədə "Anadolu"ya istinadən xəbər verir.

“Meşə yanğınlarından zərər çəkmiş bölgələrimizi fəlakət bölgələri elan etdik. Millətimizin yaralarını sarmaq və zərərlərin öhdəsindən gəlmək üçün bütün müvafiq addımları atmağa davam edəcəyik", deyə o "Telegram"da yazıb.

Məlumata görə, Adana, Antalya, Muğla, Mersin və Osmaniyə əyalətlərində meşə yanğınlarının olduğu ərazilər fəlakət zonası elan edilib.