DÜNYA » SİYASƏT
31 İyul 2021, 11:59 (GMT +4)

ABŞ Rusiyadakı diplomatik nümayəndəliklərində 182 əməkdaşı işdən azad edəcək

Bakı, 31 iyul, SalamNews. ABŞ-ın dövlət katibi Entoni Blinken, xarici işçilərin işə götürülməsinə qoyulan məhdudiyyətlər nəticəsində, ABŞ-ın Moskva, Vladivostok və Yekaterinburqdakı diplomatik nümayəndəliklərində 182 yerli əməkdaşı işdən çıxarmaq məcburiyyətində qalacağını bildirib.

SalamNews bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.

"Bu narahatedici tədbirlər ABŞ-dakı missiyalarımızın işinə ciddi təsir göstərəcək", - Amerika diplomatiyasının rəhbəri bildirib.

ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan bildirmişdi ki, Rusiya tərəfinin Rusiya və üçüncü ölkələrdən işçi qəbulunu dayandırması tələbi səbəbindən 1 avqustdan etibarən ABŞ səfirliyinin konsulluq xidmətinin işində ləngimələr olacaq.