DÜNYA » HADİSƏLƏR
31 İyul 2021, 11:16 (GMT +4)

Suriya-Livan sərhədində meşə yanğınları tam şəkidə söndürülüb (FOTO)

Bakı, 31 iyul, SalamNews, B.Samid. Livan-Suriya sərhədində şiddətli meşə yanğınları üç gün sonra söndürülüb.

SalamNews SANA-a istinadla xəbər verir ki, Livanın şimalından başlayan və Suriyanın Homs əyalətindəki meşələrə sirayət edən yanğınlar artıq söndürülüb.

Suriya Ordusu bu yanğınların söndürülməsinə cəlb edilmişdi.

Habelə Suriyada olan Rusiya aviasiyasının təyyarə və helikopterləri də bu yanğının söndürülməsinə cəlb edilmişdi.

Suriyanın aidiyyatı hökumət qurumları yanğının fəsadlarını və ekologiyaya vurduğu ziyanın miqdarını qiymətləndirirlər.

Qeyd edək ki, artıq Türkiyənin cənub və cənub-qərbində baş qaldırmış yanğınların böyük əksəriyyəti də söndürülüb.