DÜNYA » SİYASƏT
30 İyul 2021, 11:42 (GMT +4)

Fars Körfəzi yaxınlığında Britaniya gəmisi hücuma məruz qalıb - KİV

Bakı, 30 iyul, SalamNews, B.Samid. Xarici KİV-lər Oman dənizində Britaniyaya məxsus olduğu deyilən bir gəminin hücuma məruz qalması barədə xəbər veriblər.

SalamNews unews.com-a istinadla xəbər verir ki, Oman dənizində Britaniya gəmisi olduğu deyilən bir gəmi hücuma məruz qalıb.

Eyni zamanda Britaniyanın Dəniz Qüvvələri də Oman dənizində bir gəminin hücuma məruz qalmasını təsdiqləyib.

Məlumata görə hücum ötən gün baş verib. Hücuma məruz qalan gəminin ticarət və ya neft tankeri olması, hücumu təşkil edən tərəf və sair detallar hələ məlum deyil.

Sonuncu dəfə bölgədə İsrailə məxsus ticarət gəmisinə hücum edilmişdi.