DÜNYA » CƏMİYYƏT
30 İyul 2021, 11:25 (GMT +4)

Tokio Olimpiadasında COVID-19-a yoluxanların sayı 220-yə yüksəlib 

Bakı, 30 iyul, SalamNews. Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında akkreditə olunanlar arasında yeni növ koronavirusa (COVID-19) yoluxma hallarının sayı 220-yə çatıb.
SalamNews  bu barədə "Anadolu"ya istinadən xəbər verir.

Təşkilat Komitəsindən verilən məlumata görə, gün ərzində "Tokio 2020" Olimpiadası çərçivəsində ölkəyə gələn daha 27 nəfərdə COVID-19 aşkarlanıb.

Yoluxanlar arasında 3 idmançı, 15 işçi və 4 vəzifəli şəxs var.

Bütün yoluxanlar karantinə alınıb.

Pandemiya səbəbindən 2021 -ci ilə təxirə salınan "Tokio 2020" Olimpiya Oyunları 23 iyul - 8 avqust tarixləri arasında keçirilir.