DÜNYA » SİYASƏT
30 İyul 2021, 11:00 (GMT +4)

Ərdoğan: Türkiyə meşə yanğınlarının qarşısını almaq üçün bütün imkanları səfərbər edib

Bakı, 30 iyul, SalamNews. Türkiyə hökuməti  ölkənin bir sıra bölgələrini əhatə edən meşə yanğınlarının aradan qaldırılması üçün bütün mövcud imkanları səfərbər edib.

SalamNews -un "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Vəziyyətlə əlaqədar olaraq, dövlət başçısı təbii fəlakətdən zərər çəkmiş bölgədə olan Kənd təsərrüfatı və meşəçilik naziri Bəkir Pakdemirli, Ətraf mühit və şəhərsalma naziri Murat Kurum və Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə mütəmadi əlaqə saxlayır.

Nazirlik rəhbərləri prezidentə meşə yanğınları zonasındakı vəziyyət barədə məlumat verib.

Türkiyə lideri yanğınlar nəticəsində həyatını itirənlərə başsağlığı verib və xəsarət alanlara tezliklə sağalmağı arzulayıb.