DÜNYA » SİYASƏT
30 İyul 2021, 09:08 (GMT +4)

Əfqanıstanda son dörd ayın qarşıdurmalarında həyatını itirən mülki şəxslərin sayı açıqlanıb

Bakı, 30 iyul, SalamNews, B.Samid. “Əfqanıstanda son dörd ayda yəni Talibanın hücumları başlayandan indiyədək 5,777 mülki şəxs həyatını itirib.”

SalamNews ToloNews-a istinadla xəbər verir ki, bu barədə Əfqanıstanın Sülh üzrə Dövlət Nazirliyinin bəyanatında məlumat yer alıb.

Bildirilib ki, son dörd ay ərzində Taliban silahlıları mindən çox hücum təşkil ediblər və bu hücumlar nəticəsində və baş vermiş döyüşlər zamanı 5,577 mülki şəxs həyatını itirib.

Əlavə edilib ki, Taliban özü bu müddət ərzində 24 min silahlısını itirib.

Qeyd edək ki, Əfqanıstandakı əcnəbi qüvvələr dörd ay öncədən başlayaraq ölkəni tərk etməyə başlayıblar. Hərəkat bu müddət ərzində ölkədə yüzdən çox rayon mərkəzini nəzarətə götürüb.