AZƏRBAYCAN » İDMAN
29 İyul 2021, 14:53 (GMT +4)

UEFA reytinqində Azərbaycanın mövqeyi dəyişməyib

Bakı, 29 iyul, SalamNews, R.Nadirli. Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA reytinqi açıqlanıb.

SalamNews xəbər verir ki, "Neftçi" bu mərhələdə "Olimpiakos"a (Yunanıstan) 0:1 hesabı ilə uduzduğu üçün Azərbaycanın xal ehtiyatı dəyişməyib. Ölkəmiz 13,375 xalla 29-cu pillədəki yerini qoruyub.

Qeyd edək ki, 28-ci pillədə olan Qazaxıstanın 13,750 xalı var.